AZ

Rusiyada qatar reelsdən çıxıb, 50 nəfər yaralanıb

Rusiyanın Komi Respublikasında Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çox sayda axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

Rusiya Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 50 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını söyləyib.

İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
referans.az

3Mənbələr