Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xanlıqlar kəndində avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada, 1988-ci il təvəllüdlü Rəşad Əmrahov xəstəxanaya çatdırılıb.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu