AZ

Şəmkirdə iki maşın toqquşub, iki nəfər xəsarət alıb

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon mərkəzində hərəkətdə olan iki avtomobilin toqquşması zamanı 2006-cı il təvəllüdlü L.Cəlilov və 1995-ci il təvəllüdlü A.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
66
6
bizim.media

10Mənbələr