İsrail Livanla müharibə istəmir, ancaq "Hizbullah"ın hücumlarına da dözməyəcək
Bunu İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı jurnalistlərlə verdiyi açıqlamasında bəyan edib. O qeyd edib ki, İsrailin mülki vətəndaşları mütəmadi olaraq Livandakı "Hizbullah"ın hücumlarına məruz qalır və evlərini tərk etməyə məcbur olurlar
Yoav Qalant: "Biz müharibə istəmirik, ancaq "Hizbullah"ın hücumlarına da dözmək niyyətində deyilik.. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququndan istifadə edəcək və bu məsələdə məsuliyyət qarşı tərəfin üzərinə düşür",-deyib.
Oxuməni.az