Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı mühasirəyə alıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.
Öz növbəsində Boliviya prezidenti Luis Arse hərbçilərə çağırış edib: “Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir”.
Boliviya hökuməti isə dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətinə dəstək verməyə çağırıb.