Bakı. Trend:
Boliviyada hərbi çevrilişə cəhd olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin vitse-prezidentiDavid Çokeuanka bildirib.
"Beynəlxalq ictimaiyyətin nəzərinə çatdırırıq ki, demokratikyolla seçilmiş hökumətimizə qarşı dövlət çevrilişinə cəhd edilir",- deyə o qeyd edib.
Boliviya prezidenti Luis Arse hərbçilərin hakimiyyəti ələkeçirməsinə icazə verməyəcəyini bildirib:
Prezidentin sözlərinə görə, Boliviya hakimiyyəti “çevrilişcəhdlərinə və demokratiyamıza zərər vurmaq cəhdlərinə müqavimətgöstərməkdə qəti qərarlıdır”.