Almaniyada təşkil olunan Avropa çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, F qrupunda III turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandalar dəqiqləşib.
Bu raundun qarşılaşmaları 29 iyun - 2 iyul aralığında olacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.
1/8 final cütləri
Almaniya - Danimarka
Fransa - Belçika
İsveçrə - İtaliya
İspaniya - Gürcüstan
Portuqaliya - Sloveniya
Rumıniya - Niderland
Avstriya - Türkiyə
İngiltərə - Slovakiya