ABŞ Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə komandalığın "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
"Silahlı Qüvvələr gününüz mübarək, Azərbaycan! Biz sizin ordunun regional sabitliyə verdiyi töhfəni və güclü tərəfdaşlığımızı alqışlayırıq", - deyə bildirilib.