AVRO-2024-ün qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü başa çatıb.
Far.Az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Yekun nəticədən sonra hər iki komanda xallarının sayını 4-ə çatdırsa da, top sayında üstün olan Belçika qrupu ikinci sırada tamamlayaraq 1/8 finala vəsiqə qazanıb.
***
Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü start götürüb.
Far.Az xəbər verir ki, E qrupunun oyunu Ştutqartdakl "MHP Arena"da keçirilir.
Qarşılaşmanı ingiltərəli baş hakim Entoni Teylor idarə edir.
Far.Az