Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Modern.az xəbər verir ki, nazirin sosial şəbəkələrdə paylaşımında deyilir:
“Azərbaycan xalqının inkişafı və işıqlı gələcəyi naminə öz borcunu yerinə yetirən bütün qəhrəmanları səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələri Gününüz mübarək!”