EN

Zaqatalada avtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb

Zaqatalada dörd gün əvvəl mavtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 14 yaşlı Ə. Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
104
7
apa.az

10Sources