EN

Patiaşvili Azərbaycan ordusunun gücündən danışdı

Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var.
 
Bu fikirləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.
 
Nazir müavini bu əməkdaşlığın xüsusilə hərbi sahədə çox yüksək səviyyədə olduğunu deyib:
 
"Həm Azərbaycanla ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığımız tək bizim ölkələrimiz üçün deyil, ümumilikdə regionda sülh və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir".
Chosen
66
16
moderator.az

10Sources