EN

Kürdə axtarışlar davam edir - Video

Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.

Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib. Bir nəfərin isə meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
12
big.az

10Sources