![Kür](https://azertag.az/files/2024/2/1200x630/1719404240488216606_1200x630.jpg)
Bakı, 26 iyun, AZƏRTAC
Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri tərəfindən davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.