EN

"Sabah" klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.

Chosen
104
12
fanat.az

10Sources