AZ

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Kişi basketbolçulardan ibarət “Sabah” klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşacağı komandalar bu gün İsveçrədə keçirilən püşkatmada müəyyənləşib. Bakı klubu təsnifat mərhələsinin birinci raundunda İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi “Friburq Olimpik”lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

“Sabah” mərhələ adlasa, müntəzəm mövsümdə mübarizə aparacaq. Rimas Kurtinaytisin yetirmələri buna nail olsalar, G qrupunda “Baxi Manresa” (İspaniya), “Bertam” (İtaliya) və “Niners Hemnits”lə (Almaniya) görüşəcəklər.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq paytaxt təmsilçisi təsnifat mərhələsini keçə bilməsə, yoluna Avropa kubokunda davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
bizim.media

10Mənbələr