EN

“Arda meydanda uzun müddət qalacaq vəziyyətdə deyil” - Montella

"Əsas məsələ tənqidin ədaləti olub-olmamasıdı. Ədalətli tənqidlər məni düşündürür. Ədalətsiz tənqidlər isə məni motivasiya edir. Cavabımızı meydanda verəcəyik”. Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiya ilə keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, komandasına güvəndiyini qeyd edib. “Rəqib kimi, bizim də özümüzə xas taktikalarımız var. İnanıram ki, qalib gələn tərəf biz olacağıq. Tənqid olunmağıma gəlincə, karyeramda bu cür hallarla çox üzləşmişəm. Əsas məsələ tənqidin ədaləti olub-olmamasıdı. Ədalətli tənqidlər məni düşündürür. Ədalətsiz tənqidlər isə məni motivasiya edir.  Cavabımızı meydanda verəcəyik”, - deyə Montella vurğulayıb. Montella Arda Gülər haqda da danışıb. O, Ardanı Portuqaliya ilə matçda 2-ci hissədə meydana buraxmasına aydınlıq gətirib: “Arda meydanda uzun müddət qala biləcək vəziyyətdə deyil. Gürcüstanla oyunda ona ilk “11-lik”də yer verdim. Portuqaliya ilə matçda isə ikinci hissədə meydana buraxdım. Buna tək mən yox, həkimimiz, tibbi heyətimiz və futbolçunun özü də qərar verdi. Risk almadan oynaya biləcəyi bir müddət var idi, o qədər oynadı”.

Chosen
107
matc.az

1Sources