![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719400132_8b8e569b-03c2-3727-8d8c-06da612598e0_850.jpg)
Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi bəlli olub.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.
Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.