İranlı müəllimlər və təhsil işçiləri növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıblar.BUTA.TV xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurası məlumatında deyilir. Bəyanatda müəllimlər 14-cü dövr prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər. Seçkilərin millətin iradəsini əks etdirmədiyini, bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar. Qeyd edək ki, 3 gün əvvəl də 520 müəllim açıq məktub yazaraq, seçkiləri boykot etdiklərini bildiriblər.