EN

“Şerif” - “Zirə” matçı isveçrəli hakimlərə tapşırıldı

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” – “Zirə” matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan və Moldova təmsilçiləri arasında Tiraspolda keçiriləcək ilk oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Moldovada baş tutacaq ilk matçı isveçrəli Alessandro Dudiç idarə edəcək. Ona yan xətt hakimləri Paskal Hirzel və Susann Künq kömək edəcəklər. Dördüncü hakim funksiyasın Anojen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də “Şerif” İdman Kompleksində keçiriləcək “Şerif” – “Zirə” matçına saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı cavab oyunu isə 1 həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
arena.az

10Sources