AZ

“Zirə” - “Şerif” matçının da hakimləri bəlli oldu

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Şerif” matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan və Moldova təmsilçiləri arasında Bakıda keçiriləcək cavab oyununu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, bu oyunu qazaxıstanlı Bulat Sariyev idarə edəcək. Ona yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aidin Tassibayev yerinə yetirəcək.

Xatırladaq ki, bu komandaların Moldovada baş tutacaq ilk oyunyna isveçrəli Alessandro Dudiç təyinat alıb.

İyulun 11-də “Şerif” İdman Kompleksində keçiriləcək “Şerif” – “Zirə” matçına saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı cavab oyunu isə 1 həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
10
arena.az

10Mənbələr