EN

NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir - Mark Rutte

"NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir".

APA xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte "X" hesabında paylaşımında bildirib.

O vurğulayıb ki, alyans Avropanın kollektiv təhlükəsizliyinin təməl sütunudur və belə olaraq qalacaq.

"Bu təşkilata rəhbərlik etmək mənim üçün böyük məsuliyyətlə yanaşdığım bir öhdəlikdir. Mənə etibar etdikləri üçün bütün müttəfiqlərə minnətdaram. Mən son 10 ildə NATO-ya görkəmli liderlik etmiş və həmişə böyük heyranlıqla yanaşdığım Yens Stoltenberqin xələfi kimi oktyabr ayında bu vəzifəyə böyük həvəslə başlamağı səbirsizliklə gözləyirəm", - Mark Rutte paylaşımında bildirib.

Chosen
82
4
azpolitika.info

5Sources