AZ

NATO-nun yeni Baş katibindən İLK AÇIQLAMA

“NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte “X” hesabındakı paylaşımında bildirib.

O vurğulayıb ki, alyans Avropanın kollektiv təhlükəsizliyinin təməl sütunudur və belə olaraq qalacaq.

“Bu təşkilata rəhbərlik etmək mənim üçün böyük məsuliyyətlə yanaşdığım bir öhdəlikdir. Mənə etibar etdikləri üçün bütün müttəfiqlərə minnətdaram. Mən son 10 ildə NATO-ya görkəmli liderlik etmiş və həmişə böyük heyranlıqla yanaşdığım Yens Stoltenberqin xələfi kimi oktyabr ayında bu vəzifəyə böyük həvəslə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə Mark Rutte paylaşımında bildirib.

Seçilən
55
4
nocomment.az

5Mənbələr