Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda üz-üzə gələcək Çexiya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üçüncü dəfə qarşılaşacaqlar. SİA-nın məlumatına görə, əvvəlki iki qarşılaşma qitəmiqyaslı yarışlara təsadüf edib.
"Ay-ulduzlular" AVRO-2008-də 3:2, AVRO-2016-da 2:0 hesablı qələbəyə seviniliblər.
F qrupunun digər görüşündə Portuqaliya Gürcüstanı sınağa çəkəcək. Tərəflər böyük turnirlərdə ilk dəfə bir-birinə rəqib olur.
E qrupundakı Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə ilk dəfə Avropa və dünya çempionatlarında münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, E qrupunun matçları Bakı vaxtı ilə saat 20:00-da, F qrupunun oyunları isə saat 23:00-da başlayacaq.