Futbol üzrə Amerika Kubokunda II turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin A qrupunun görüşləri çərçivəsində Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb.
Qrupun digər matçında isə Argentina millisi Çiliyə eyni hesabla qalib gəlib. Yeganə qol 88-ci dəqiqədə vurulub - hücumçu Lautaro Martines fərqlənib.
Beləliklə, argentinalılar turnirdə ikinci qələbəsini qazanıb. Nəticədə Lionel Messinin komandası pley-offa erkən vəsiqə qazandılar.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.