Alyansın iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində Ukrayna NATO-ya üzv olmaq üçün dəvət almayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.
Kemeronun sözlərinə görə, ABŞ bunu dəstəkləməyəcəyi üçün dəvət olmayacaq.
“Mən Ukrayna prezidenti Vladimir Zelenskiyə də dedim: “Gəlin NATO-nun Ukraynaya dəstəyi ilə bağlı ən düzgün sözləri ifadə etməyə çalışaq. “Ancaq yox, sammitə qədər NATO ilə Ukrayna arasında münaqişə olmamalıdır”, - britaniyalı nazir bildirib.
Buna baxmayaraq, Kemeron Ukraynanın NATO-ya potensial üzvlüyünü dəstəklədiyini, lakin Vaşinqtonda keçiriləcək sammitdə ölkənin alyansa dəvət olunmayacağını bildirib.