AZ

Britaniya Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə verməyə davam edəcək - Starmer

Böyük Britaniyanın yeni baş naziri Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri şərh edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Britaniya "Leyboristlər" Partiyasından olan yeni hökuməti  Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə davam edəcək. 

"Lakin bu, beynəlxalq humanitar hüquq çərçivəsində olmalıdır". "Financial Times" xəbər verir ki, bunu Britaniyanın yeni baş naziri Kir Starmer deyib.

“Ukrayna Kiyevə verilən Britaniya silahlarından müdafiə məqsədləri üçün necə istifadə edəcəyinə özü qərar verməlidir”, o deyib.

"Britaniyanın yeni hökuməti Ukraynanın zərbələri ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil", - deyə Baş nazir əlavə edib.

QAZİLER.AZ.

Seçilən
106
50
qaziler.az

10Mənbələr