EN

Putinin yeni müttəfiqi: Ukraynaya qoşun yeridir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə mümkün iştirakına görə Rusiyanın hərəkətlərini izləyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Patrik Rayder deyib.

Onun sözlərinə görə, bu, mütləq diqqət yetirilməli bir məsələdir.

“Mən Şimali Koreyanın hərbi qərargahına rəhbərlik etsəydim, Ukraynaya qarşı qanunsuz müharibəyə öz qüvvələrimi top yemi kimi göndərməkdən çəkinərdim”, - Rayder bildirib.

Amerikalı general Şimali Koreyaya Rusiya ordusunun Ukraynada ağır itkilərini xatırladıb. Eyni zamanda, Rayder ABŞ-nin buna nəzarət edəcəyini vurğulayıb.

Ötən həftə Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen In tərəfindən Pxenyanda imzalanan müqavilə ilə hər iki tərəf silahlı təcavüz halında digər tərəfə təcili hərbi yardım göstərməyi öhdəsinə götürüb. Putin söyləyib ki, Moskva Şimali Koreya ilə əməkdaşlığın Qərbə qarşı çəkindirici rol oynayacağını gözləyir, amma Ukraynada Şimali Koreya hərbçilərindən istifadə etməyə ehtiyac yoxdur.

ABŞ və Ukraynanın məlumatına görə, Şimali Koreya artıq Rusiyaya xeyli sayda artilleriya mərmisi və ballistik raketlər verib. Amma Moskva və Pxenyan bunu inkar edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
3
teleqraf.com

4Sources