AZ

Pentaqon Ukrayna savaşında iştirak üçün Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə nəzarət edəcək...

ABŞ Müdafiə Nazirliyi iki ölkə liderlərinin Pxenyanda son görüşü zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilməsi imkanlarına nəzarət etməyi zəruri hesab edir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki,  bunu Pentaqonun spikeri general Patrik Rayder deyib.
 
Pentaqonun sözçüsü Şimali Koreya qoşunlarının Ukraynadakı döyüş meydanına göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, "Bu, mütləq diqqətdə saxlanılmalı bir şeydir", - deyə bildirib.
 
Eyni zamanda, o vurğulayıb ki, Şimali Koreyanın hərbi rəhbərliyi, əgər belə bir tələb yaranarsa, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə “top yemi” kimi öz qüvvələrini xərcləməyə dəyər olub-olmadığını düşünməlidir.
 
 
“Biz rus qoşunlarının Ukrayna cəbhəsindəki itkilərini gördük. Ancaq yenə də biz buna nəzarət edəcəyik”, - deyə Rayder vurğulayıb.
 
S.Laçın
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
moderator.az

4Mənbələr