EN

Elektron siqaretə qadağa gəlir

Avstraliya gələn həftədən etibarən apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan etməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumətin hazırladığı qanun layihəsində böyüklərin apteklərdən elektron siqaret almağı mümkün olacaq, yaşı 18-dən aşağı olanlar isə yalnız həkim resepti ilə elektron siqaret ala biləcəklər.

Hökumət təcili tədbirlər görülməsə, nikotin asılılığı olan nəslin yetişəcəyi ilə bağlı xəbərdarlıq etsə də, elektron siqareti tərgitmiş gənclərə dəstək üçün əlavə vəsait ayrılacaq. İyulun 1-də qüvvəyə minəcək qanunla Avstraliya elektron siqaretləri qadağan edən ilk ölkə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
50
sia.az

10Sources