AZ

Elektron siqaretlər qadağan edilir

Avstraliya gələn həftədən etibarən apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan etməyə hazırlaşır. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətin hazırladığı qanun layihəsində böyüklər apteklərdən elektron siqaret ala biləcək, yaşı 18-dən aşağı olanlar isə yalnız həkim resepti ilə onu əldə edə biləcəklər. Hökumət təcili tədbirlər görülməsə, nikotinə aludə olan nəslin yetişəcəyi ilə bağlı xəbərdarlıq etdiyi halda, elektron siqareti tərgitmiş gənclərə dəstək üçün əlavə vəsait ayrılacaq. İyulun 1-də qüvvəyə minəcək qanunla Avstraliya elektron siqaretləri qadağan edən ilk ölkə olacaq. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
bizimyol.info

10Mənbələr