EN

HadisəKəlbəcərdə ailə üzvləri qəzaya düşüb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Lazımov Məqsəd Həbib oğlu (1955-ci il təvəllüdlü) və həyat yoldaşı Hüseynova Qənirə Ağalar qızı (1958) aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Qəza zamanı həmçinin onların kürəkənləri - Rəsulov Elşad Kazım oğlu (1980), Yusifov Vüsal Fazil oğlu (1979), qızları - Rəsulova Ruhanə Məqsəd qızı (1984), Yusifova Xəyalə Məqsəd qızı (1982) və sürücü Qocayev Elnur Novruz oğlu (1988) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

01:23

Kəlbəcər rayonunun İstibulaq kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Məlumata görə, ölən və xəsarət alanlar Kəlbəcər rayonunda kənd təsərrüfatınla məşğul olanlardır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
4
far.az

10Sources