Azərbaycanı bu mövsüm Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” komandasının yay hazırlıq planı məlum olub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək. “Çam Otel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Rəqiblərin kimliyi və oyunların tarixi haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Azərbaycan təmsilçisi bu mərhələdə Macarıstan təmsilçisi “Fehervar”la üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun iyulun 25-də Azərbaycanda baş tutacaq. Cavab oyunu isə iyulun 31-də səfərdə keçiriləcək.