Bakı. Trend:
Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinəbaşlayıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, Aİ-Ukrayna Hökumətlərarası Konfransınınilk iclası Lüksemburqda keçirilib.
Bildirilir ki, ölkənin Aİ-yə qəbulu ilə bağlı danışıqlarmüddətlə məhdudlaşmır və üzvlük üçün hər hansı konkret müddətmüəyyən edilmir.
Daha əvvəl Kiyevə ən azı 2030-cu ilə qədər Aİ-yə üzv olabiləcəyini vəd edən Avropa Şurasının rəhbəri Şarl Mişel qarşıdauzun və çətin prosesin olduğunu açıqlayıb.
Qeyd edək ki, Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar üzrərekordçusu Türkiyədir. Ankara 19 ildir ki, heç bir perspektiviolmadan Aİ ilə danışıqlar aparır.