AZ

Ukraynanın Aİ-yə qəbulu üçün danışıqlar başlayıb

Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlayıb.

"Ölkə.az" xəbər verir ki, Aİ-Ukrayna Hökumətlərarası Konfransının ilk iclası Lüksemburqda keçirilib.

Ölkənin Aİ-yə qəbulu ilə bağlı danışıqlar müddətlə məhdudlaşmır və üzvlük üçün hər hansı konkret müddət müəyyən edilmir.

Daha əvvəl Kiyevə ən azı 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini vəd edən Avropa Şurasının rəhbəri Şarl Mişel qarşıda uzun və çətin prosesin olduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar üzrə rekordçusu Türkiyədir. Ankara 19 ildir ki, heç bir perspektivi olmadan Aİ ilə danışıqlar aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
olke.az

5Mənbələr