EN

Ərdoğan Putinlə Dağıstandakı terror hadisəsini müzakirə edib

Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinlə telefon danışığında Dağıstanda baş verən terror aktlarını müzakirə edib və başsağlığı verib.

Reyting.az
bildirir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.

Qeyd olunur ki, prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub: “Telefon danışığı zamanı Dağıstanda törədilən terror aktları müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və terror hücumlarını nifrətlə pislədiyini bildirib. O, həmçinin həlak olanlara görə Rusiya xalqına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb. Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək”.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
1
reyting.az

2Sources