AZ

Ərdoğan Putinə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığında Dağıstanda baş verən terror aktlarını müzakirə edib və başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.

“Prezident Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Dağıstanda törədilən terror aktları müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və terror hücumlarını nifrətlə pislədiyini bildirib. O, həmçinin həlak olanlara görə Rusiya xalqına başsağlığı verib və həlak olanların tezliklə sağalmasını arzulayıb. Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
yenisabah.az

2Mənbələr