"Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovla yollarını ayırdığını açıqlayıb.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi yaydığı açıqlamada 31 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
2023-cü ilin sentyabrında transfer olunan R.Mirzov “Neftçi”nin heyətində 25 rəsmi oyunda 1 qol vurub. Ötən gün Rusiyanın "Ximki" klubu Mirzovun transferini açıqlayıb.
Bizi İnstagramda izləyin