Sentyabrın 1-dən evli qazaxıstanlılar həyat yoldaşlarının razılığı olmadan böyük məbləğdə kredit götürə bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi qərar qəbul edib.
Qərara əsasən hələ də müstəqil şəkildə götürülə bilən kredit limiti müəyyən ediləcək.
Xatırladaq ki, böyük kreditlərin götürülməsi prosedurlarının mürəkkəbləşdirilməsi artıq bir neçə aydır ki, aidiyyəti qurumlar tərəfindən müzakirə edilir. Bu qaydanın ölkənin müvafiq qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı ciddi tədbirlər görülür.
Natiq Səlim,
KONKRET.az