İyunun 30-da Abdullah Zubirin bizimlə müqavilə müddəti bitir. O, azad agent kimi istənilən kluba gedə bilər.
Bunu report-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov 32 yaşlı yarımmüdafiəçinin hazırlıqlara qoşulmaması barədə danışarkən deyib.
Klub rəsmisi fransalı oyunçunun komandada qalmasında maraqlı olduqlarını bildirib: "Danışırıq. İnanırıq ki, yaxın günlərdə danışıqları yekunlaşdıracağıq".
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir.