AZ

Fransalı futbolçu “Qarabağ”la yollarını ayıracaq?

“Qarabağ” xeyli vaxtdır razılıq əldə etmək üçün danışıq apardığı futbolçu ilə ortaq məxrəcə gəlib.

KONKRET.az xəbər verir ki, “köhlən atlar”la müqaviləsinin müddəti başa çatan Abdulla Zubir Ağdam klubunu tərk etməyəcək.

Tərəflər arasında bir neçə aydır davam edən müzakirələrdən müsbət nəticə hasil olub.

“10 nömrə” yaxın günlərdə Bakıya gələrək müqavilə imzalayacaq və komanda ilə məşqlərə başlayacaq.

Seçilən
44
3
konkret.az

10Mənbələr