EN

Dağıstanda terror qurbanlarının sayı 21-ə çatdı – 16-sı polisdir


Dağıstanda terror aktı zamanı həlak olan polis əməkdaşlarının sayı 16-ya çatıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə respublika əməliyyat xidmətləri məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı gecə daha bir polis xəstəxanada dünyasını dəyişib.
“Bu gecə terror aktının qurbanlarından daha bir polis əməkdaşı xəstəxanada dünyasını dəyişib”, - məlumatda qeyd edilib.
Bununla da terror aktı qurbanlarının ümumi sayı 21-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Dağıstan Səhiyyə Nazirliyi Mahaçqala və Dərbənddə törədilən terror aktı nəticəsində 20 nəfərin öldüyünü bildirmişdi. Dağıstanın rəhbəri Sergey Melikov isə ölənlərdən 15-nin polis əməkdaşı olduğunu qeyd etmişdi.
Chosen
98
3
yeniavaz.com

4Sources