EN

HadisəSumqayıtda müəssisədə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

SİZİN REKLAM BURADA!055 213 76 73   Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.    Məlumatda bildirilir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.   "Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar". ***08:30   Sumqayıtda dezinfeksiyadan beş nəfər zəhərlənib.   Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.   Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Kəmalə Aqil qızı Mənsimova, 1975-ci il təvəllüdlü Könül Səfər qızı Şərifova, 1981-ci il təvəllüdlü Qəribə Əlövsət qızı İsrafilova, 1978-ci il təvəllüdlü Şəfa Bəhram qızı Gülməmmədova və 1986-cı il təvəllüdlü Zülfiyyə Sədrəddin qızı Maralova işlədikləri müəssisədə həşərat əleyhinə edilən dezinfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.   Faktla bağlı araşdırma aparılır. Far.Az

Chosen
140
8
far.az

10Sources