AZ

Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

"Sumqayıtda dezinfeksiyadan zəhərlənən yeddi nəfərdən ikisi Kliniki Tibbi Mərkəzə təxliyə olunublar".

Bu informasiya Ednews-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Mənbə qeyd edir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

"Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
ednews.net

10Mənbələr