EN

İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş - ÖZƏL

Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir. 

E.Məmmədovun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.

M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib. 

Chosen
63
8
hurriyyet.az

9Sources