EN

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub

Bakı. Trend:

Bir nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyəcəhd etməkdə şübhəli bilinən şəxslər tutulub.

Trend xəbər verir ki, bu barədə Şabran Rayon Prokurorluğuməlumat yayıb.

Bildirilib ki, iyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci iltəvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı iltəvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və MuradMəmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşənyaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətləryetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri ArifHüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyənedilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adamöldürmə) və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə)maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və MuradMəmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvilverilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxsqismində tutulublar.

Chosen
77
17
az.trend.az

10Sources