![Sumqayıtda](https://e-saglam.az/storage/news/middle/images/2024/6/667a451914d7c667a451914d7d1719289113667a451914d7a667a451914d7b.png)
Sumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib.
![](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az APA-ya istinadən xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.
Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
E-saglam.az