Qeyd edək ki, Dəyanət Sədullayev 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir. 2023-cü ildən etibarən "PAŞA Holdinq"in aparat rəhbəri təyin edilib. O həmçinin, İcraedici Komitənin üzvüdür.