Demokrat.az xəbər verir ki, oynanılan 2 matçla B qrupunda mübarizəyə yekun vurulub.
1/8 finala vəsiqəni daha əvvəl təmin edən İspaniya millisi Albaniyanı minimal hesabla üstələyib. Yeganə qolu 13-cü dəqiqədə Ferran Torres vurub. Bununla da ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.
Digər matçda İtaliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Hesabı 55-ci dəqiqədə xorvatiyalıların heyətində Luka Modriç açıb. İtaliya millisi yalnız əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə bərabərlik qolunu vura bilib. Mattia Zakkaninin qolu italiyalıları məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Luçano Spalettinin komandası adını pley-offa yazdırıb. Xorvatiya (2 xal) və Albaniya (1 xal) yığmaları isə Avropa çempionatında mübarizəni dayandırıb.
6Sources
-
baki-xeber.comAvro-2024: İspaniya və İtaliya milliləri 1/8 finalda ( 7917533)
-
demokrat.azAVRO-2024: 1/8-in növbəti komandaları ( 7916324)
-
bizim.mediaAvro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəldi - VİDEO ( 7916195)
-
sia.azAvro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib ( 7915262)
-
azertag.azAvro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib ( 7914377)
-
modern.azAVRO-2024: 1/8-in növbəti komandaları ( 7914503)