Ukrayna prezidenti Vladimir Zelenski ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad etdiyini bildirib: “Mən Ukrayna Silahlı Qüvvələri Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, – Ukrayna prezidenti axşam müraciətində deyib.
Yuri Sodolun istefası haqqında fərman Ukrayna prezidentinin ofisinin saytında dərc edilib. 2016-cı ildən Andrey Qnatov 36-cı Əlahiddə Dəniz Briqadasının qərargahına rəhbərlik edir, 2022-ci ildə Ukrayna Quru Qoşunlarının “Cənub” əməliyyat komandanlığının komandir müavini olub.
//Samir Qurbanov, Editor.az